26.07.2017

Ümidlərin dəfn olunduğu paytaxt

Bu ölkədə yüzlərlə adam Covanni Droqonun taleyini yaşayıb və yaşayır.

Covanni Droqo italiyalı yazıçı Dino Bussatinin “Tatar çölü” əsərinin baş personajıdı. Hərbi akademiyanın yenicə məzunu olmuş Droqo ideal hərbçi xəyalları qurur və ölkənin sərhədlərində yerləşən Bastiani qalasına təyinat alır. Bir gün də burada qalmaq istəməyən, ancaq məcburiyyətdən qalada dörd ay xidmət edəcəyini düşünən gənc leytenantın buradakı ayları illərə dönür. Beləcə 15 ildən çox xidmət etməli olur.

18.07.2017

Böyük köç

Ensiz küçələr, balaca evlər, sakit, dilsiz köntöy məhəllə. Küçədə kitablar qalaq-qalaq düzülüb. Ağzı bağlı kisələrin, içi dolu çantaların, yararsız hala gəlmiş təkərlərin künc bucaqları kitablarla doludu.
***
Gözə dəyən, dəyməyən bütün nöqtələr kitablarla, büroşurla aşıb-daşır. Hansı ixtisas üzrə istəsən kitab tapa bilərsən burda. Sahibi də gözə dəymir. Sadəcə kitabları küçəyə düzüb, gedib. Satılırmı? Yox. Kim istəsə götürə bilər. Bəlkə köçür, yeni mənzilində yer yoxdu deyə daşımaq istəmir. Bəlkə də bu – üzü toz basmış, vərəqləri solmuş, pərən-pərən olmuş kitablar yeni mənzilinin aurasını pozacaqmış. Bəlkə də başqa, daha dəhşətli səbəblər var…

Məni niyə döyürdülər?

Uşaq vaxtı çox döyülmüşəm. Ya dərsə, ya da qardaşıma görə. Məktəbdə dörd alanda, yaxud da gündəliyimə beş yazılanda, amma müəllim atama yaxşı oxumadığımı, hörmətə “əla” qiymət verdiyini deyəndə yenə döyülürdüm.
Həftədə iki-üç dəfə döyülməliydim. Bu təkcə norma deyildi, artıq həyat tərzimə çevrilmişdi. Bəzən az döyüləndə allahın istirahətdə olduğunu düşünürdüm. Uşaq ağlımla hesab edirdim ki, bütün cəzalarda tanrının birbaşa rolu var.

Giriş var, çıxış yoxdu

Böyük darvazalı, uçuq-sökük yerləri ala-bula rənglənən beş mərtəbəli xəstəxananın divarlarından irin yağır. Həyətdə adda-budda əkilən güllərdən xeyli aralıda bir neçə skamya var. Qalan ərazi bombozdu, səhranı xatırladır. Həyat sanki donub.
Xəstəxanaya daxil olanlar da həkim yanından əli kağızlı çıxanlar kimi qaşqabaqlı, əsəbi insanlardı. Heç kimin üzü gülmür. Hətta “sən sağlamsan” cavabını alanların da bənizləri dümağdı.
Xəstəxana adamı özündən uzaqlaşdırır. Qapının üzərinə iri hərflərlə yazılmış, yolun o tayından göz deşən, şadlıq evlərindəki kimi “Xoş gəlmişsiniz” sözləri belə adamı ruhlandırmır, ürək-dirək vermir.

Bir zamanlar orada kitab passaj vardı

Əvvəllər ora kitab pasajı idi. Hündür mərtəbəli binaların başından günəş əlini sallamamış satıcılar qalaq-qalaq kitabları saralmış un kisələrin içərisindən çıxarıb tozunu alar, sonra piştaxtaların üstünə yığardılar.
Lap başda yaşlı kişi dayanırdı. O, kitabları qalın-incə, köhnə-təzə hissələrə ayırıb saf-çürük edər, cərgəylə düzər, bir az geriyə çəkilib uzaqdan əl işinə baxardı. Gözünə nəsə xoş görünməsəydi, piştaxtanın altını üstünə çevirər, kitabları yerə tökər, yenidən yığardı. Bu kitab düzmə prosesi hər gün onun iki saatını alardı. Amma o bundan heç usanmırdı. Bəlkə də proses onun xoşuna gəlirdi.

16.02.2017

Günahsız insanların məhkum edildiyi məkandan reportaj

Saat 10:00. Divarları ləkəli Azərbaycan məhkəməsi. Tarixə şahidlik etmək üçün əsas qapının girişində qələbəlikdi. Kimisi yorğun gözlərini ovuşdurur, kimisi yarımoturaq vəziyyətdə, kimisi də sakit-sakit, bir az da yazıq görkəmdə qapının dəstəyindən möhkəm yapışan əsgərin ciyiltili səsini, ağzından çıxacaq sözü, adının çəkilməsini gözləyir.

Adamı özündən bezikdirən Tiflis

Tiflis daha gözəl deyil. Səmimiyyətini, məsumluğunu, hətta gözəlliyini itirib...
Əslində eybəcər olan, sadəcə daim kirşandan, ənlikdən və başqa boyalardan istifadə edərək ətrafdakıların ağzını sulandıran bir qadın təsiri bağışlayır Tiflis. Tez-tez görmək insanı bezikdirir, usandırır. Kamyunun “Yad”ındakı qəhrəman kimi özgələşdirir adamı…

21.07.2016

Kitabxana önündə kitabsız tamaşa…

19 iyun, saat 13:00... Axundov adına kitabxananın önü...

İzdiham yaşanır. Ən üstdəki pilləkəndən üzü aşağı adamlar boy sırasıyla düzülüblər - balacalar yuxarıda, böyüklər aşağıda. Bu kitabxana sonuncu dəfə nə vaxt belə insan seli görüb, heç kim xatırlamır. Olsa-olsa, ötən əsrin 90-cı ilində - müstəqillik hərəkatının zirvə çağında bu qədər insan toplaşıbmış...

Ölkənin cızma-qara rəsmini çəkənlər… - Məhkəmə önündən qeydlər

Ağacla dövrələnən çayxanada boş stul yoxdur. Şıdırğı oyun gedir, müzakirə və mübahisələr səngimək bilmir. Hamının bəxti gətirir, qoşa qoşa dalınca gəlir, həm də hər kəs narazıdı:

- Altı qoşa!.. Bu - biri, ikisi, üçü...

- İki qoşa...

- Zər gəlsə, udacam səni...

24.06.2016

Əsərdən öncə Nobel nitqi yazan yazıçının taleyi

Ən böyük, həm də yeganə arzusu Nobel almaq idi. Hətta mükafatı alacağı təqdirdə söyləyəcəyi Nobel nitqini bir neçə variantda hazırlamışdı. Təkcə bircə şey qalırdı, Nobeli almaq üçün əsər yazmaq. Bu isə bir az müşkül məsələydi.